Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya fond bazarlarının əsas indeks göstəriciləri
  • Clock-gray 09:08
  • calendar-gray 08 Yanvar 2020

Yanvarın 7-də Amerika fond bazarında Dow Jones indeksi 0,42% – 28 583,68 bəndədək, S&P 500 indeksi 0,28% – 3 237,18 bəndədək, Nasdaq indeksi isə 0,03% – 9 068,58 bəndədək enib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında yanvarın 7-də FTSE 100 indeksi 0,02% – 7 573,85 bəndədək, Fransa CAC-40 indeksi 0,02% – 6 012,35 bəndədək enib, Almaniya DAX-ı isə 0,76% – 13 226,83 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 1,3% artaraq 1 594 dollara bərabər olub.

 

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,02% azalaraq 1,1149 dollar təşkil edib.

 

Hüseyn Vəliyev

Digər xəbərlər