Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya fond bazarlarının əsas indeks göstəriciləri
# 09 aprel 2020 09:12 (UTC +04:00)

Aprelin 8-də Amerika fond bazarında Dow Jones indeksi 3,44% – 23,433.57 bəndədək, Nasdaq indeksi 2,58– 8,090.90 bəndədək, S&P 500 indeksi isə 3,41% – 2,749.98 bəndədək yüksəlib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında aprelin 8-də FTSE 100 indeksi 0,47% – 5,677.73 bəndədək, Almaniya DAX-ı 0,23% – 10,332.89 bəndədək enib, Fransa CAC-40 indeksi isə 0,10% – 4,442.75 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,53% azalaraq 1 676,3 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,46% azalaraq 1,0850 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR