Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya fond bazarlarının əsas indeks göstəriciləri
# 06 mart 2021 09:06 (UTC +04:00)

Martın 5-də Amerika fond bazarında Dow Jones indeksi 1,85% – 31 496,30 bəndədək, S&P 500 indeksi 1,95% – 3 841,94 bəndədək, Nasdaq indeksi isə 1,55% – 12 920,15 bəndədək yüksəlib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında martın 4-də FTSE 100 indeksi 0,31% – 6 630,52 bəndədək, Almaniyanın DAX indeksi 0,96% – 13 920,69 bəndədək, Fransanın CAC-40 indeksi isə 0,82% – 5 782,65 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,13% azalaraq 1 698,5 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,45% azalaraq 1,1915 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR