Dünya fond bazarlarının əsas indeks göstəriciləri yüksəlib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri yüksəlib
  • Clock-gray 09:11
  • calendar-gray 26 Mart 2021

Martın 25-də Amerika fond bazarında Dow Jones indeksi 0,62% – 32 619,48 bəndədək, S&P 500 indeksi 0,52% – 3 909,52 bəndədək, Nasdaq isə 0,12% – 12 977,68 bəndədək yüksəlib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında martın 24-də FTSE 100 indeksi 0,57% – 6 674,83 bəndədək enib, Fransanın CAC-40 indeksi 0,09% – 5 952,41 bəndədək, Almaniyanın DAX indeksi isə 0,08% – 14 621,36 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,05% azalaraq 1 726,50 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,12% artaraq 1,1778 dollar təşkil edib.

APA-Economics

Digər xəbərlər