BFB-də ticarət tarifləri üzrə dəyişikliklər təsdiqlənib

BFB-də ticarət tarifləri üzrə dəyişikliklər təsdiqlənib
# 31 oktyabr 2019 14:50 (UTC +04:00)

“Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Starteji Yol Xəritəsi”ndə müəyyən edilmiş hədəflərə uyğun olaraq, o cümlədən kapital bazarlarında baş verən müsbət trendləri və ticarət həcmlərində müşahidə olunan artım templərini nəzərə alaraq Bakı Fond Birjası (BFB) tərəfindən birjada ticarət üzrə xidmət haqlarına – ticarət tariflərinə yenidən baxılıb.

BFB-dən “APA-Economics”ə verilən məlumata görə, simulasiyalar və müqayisəli təhlillər nəticəsində üstünlük təşkil edən istiqraz bazarı üzrə əməliyyatlardan tutulan xidmət haqqı iki dəfə aşağı salınmışdır. Ticarət həcmi əhəmiyyətli dərəcədə artan repo əməliyyatları üzrə də xidmət haqları sadələşdirilmişdir. Tariflərin aşağı salınması kapital bazarına əlavə investor bazasının cəlb edilməsi, marketmeyker fəaliyyətinin canlandırılması, likvidliyin artırılması və bazar iştirakçılarının xərclərinin azalması kimi məsələlərdə öz müsbət təsirini göstərəcək.

Təsdiqlənmiş dəyişikliklər bu ilin noyabrın 1-dən qüvvəyə minir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR