Dünya fond bazarlarında əsas indeks göstəriciləri enib

Dünya fond bazarlarında əsas indeks göstəriciləri enib
# 17 sentyabr 2019 09:37 (UTC +04:00)

Sentyabrın 16-da Amerika fond bazarında Dow Jones indeksi 0,52% –27 076,82 bəndədək, S&P 500 0,31% –2 997,96 bəndədək, Nasdaq isə 0,28% –8 153,54 bəndədək enib.

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında sentyabrın 16-da FTSE 100 indeksi 0,62% – 7 321,41 bəndədək, Almaniya DAX-ı 0,71% – 12 380,31 bəndədək, Fransa CAC-40 isə 0,94% – 5 602,23 bəndədək aşağı düşüb.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,38% artaraq 1 503,1 dollara bərabər olub.

Sentyabrın 16-da dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 0,68% azalaraq 1,101 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR