İyulun 2-də Amerika fond bazarında Dow Jones indeksi 0,44% – 34 786,35 bəndədək, S&P 500 indeksi 0,75% – 4 352,34 bəndədək, Nasdaq indeksi isə 0,81% – 14 639,32 yüksəlib.
"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında iyulun 2-də FTSE 100 indeksi 0,03% – 7 123,27,16 bəndədək, Fransanın CAC-40 indeksi 0,01% – 6 552,86 bəndədək enib, Almaniyanın DAX indeksi isə 0,3% – 15 650,09 bəndədək yüksəlib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,37% artaraq 1 783,3 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,13% artaraq 1,1865 dollar təşkil edib.