Əmtəə bazarlarında qızıl və gümüş cüzi bahalaşıb

Əmtəə bazarlarında qızıl və gümüş cüzi bahalaşıb
# 18 noyabr 2022 09:27 (UTC +04:00)

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,04% artaraq, 1 763,7 ABŞ dollarına bərabər olub.

Bu barədə "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, COMEX-də gümüşün bir unsiyasının qiyməti 0,62% artaraq, 21,3 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR