“Kəpəz” BOKT növbəti dəfə istiqraz buraxır

“Kəpəz” BOKT növbəti dəfə istiqraz buraxır
# 02 sentyabr 2022 12:15 (UTC +04:00)

Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “Kəpəz” MMC-nin ümumi dəyəri 2 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.

BFB-dən "APA-Economics"ə verilən məlumata görə, sentyabrın 6-da BOKT-un ümumi dəyəri 1 milyon manat olan istiqrazların yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə Bakı Fond Birjasında həyata keçiriləcək.

Nominal dəyəri min manat olan faizli təmin edilməmiş sənədsiz adlı istiqrazların sayı 1000 ədəd, gəlirliliyi illik 14%, tədavül müddəti 48 ay, kupon ödənişlərinin müddəti isə bir ay nəzərdə tutulub. Qeyd edək ki, yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR