Azərbaycanın Gürcüstana neft məshulları ixracı artıb

Azərbaycanın Gürcüstana neft məshulları ixracı artıb
# 19 iyun 2019 12:38 (UTC +04:00)

Azərbaycanın Gürcüstana neft və neft məhsulları ixracı artıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Ofisinin hesabatında bildirilib. Qeyd olunub ki, bu ilin yanvar-may ayları ərzində Azərbaycandan bu ölkəyə 43 milyon 215 min ABŞ dolları həcmində 77 min 294.2 ton neft və neft məhsulları ixrac edilib. Ötən ilin analoji dövründə isə 68 min 935.6 ton həcmində ixrac edilən bu məhsulların ümumi dəyəri 41 milyon 333 min ABŞ dolları təşkil edib.

Hesabatda qeyd olunub ki, Azərbaycandan idxal edilən elektrik enerjisinin dəyərində nisbətən azalma qeydə alınıb. Belə ki, cari ilin yanvar-may ayları ərzində Gürcüstan Azərbaycandan 26 milyon 274 min 100 ABŞ dolları dəyərində, ötən ilin hesabat dövründə isə 26 milyon 511 min 400 ABŞ dolları dəyərində elektrik enerjisi alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR