Futbol üzrə Belarus milli komandasının baş məşqçisi İqor Kriuşenko postundan ayrılıb.
APA-nın məlumatına görə, buna yığmanın AVRO-2020-nin seçmə mərhələsindəki uğursuz çıxışı səbəb olub.
Ardıcıl 4 məğlubiyyətdən sonra mütəxəssislə Belarus Futbol Federasiyasının rəhbərliyi arasında görüş keçirilib. Tərəflər müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilməsi barədə qərar qəbul ediblər.
Qeyd edək ki, 2017-ci ildən Belarus millisini çalışdıran İ.Kriuşenkonun yetirmələri Millətlər Liqasının D liqasının 2-ci qrupunun qalibi olub. Bununla da yığma həm C liqasına, həm də AVRO-2020-nin pley-offuna vəsiqə qazanıb.