Ötən il Azərbaycanda tibbi xidmətə müraciət edənlərin sayı açıqlanıb

Ötən il Azərbaycanda tibbi xidmətə müraciət edənlərin sayı açıqlanıb
# 19 iyun 2019 12:58 (UTC +04:00)

“Son 15 ildə Azərbaycanda səhiyyə sahəsinə ayrılan büdcə vəsaitləri 12,5 dəfə artırılıb”.

APA-nın xəbərinə görə, bunu Səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

Nazir müavininin sözlərinə görə, dünyanın heç bir yerində səhiyyə sahəsinə ayrılan büdcə vəsaitləri kifayət qədər deyil: “Bu gün səhiyyə xərcləri 3 trilyon dollara çatan Amerika Birləşmiş Ştatlarında da insanlar səhiyyədən tam məmnun deyillər. Çünki orada milyonlarla insanın səhiyyəyə çıxışı bu gün də yoxdur”.

E. Ağayev 2018-ci ildə Azərbaycanda tibbi xidmətə müraciət edənlərin sayını da açıqlayıb. O bildirib ki, ötən il ambulator xidmətə təxminən 49 milyon müraciət daxil olub: “727 min insan stasionar müalicəyə götürülüb ki, bunun 280 mini müxtəlif səviyyəli əməliyyatlarla nəticələnib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR