Azadlıq meydanında Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parada hazırlıq məşqləri keçirilib - FOTO - VİDEO

Azadlıq meydanında Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parada hazırlıq məşqləri keçirilib - FOTO - VİDEO
# 08 dekabr 2020 15:36 (UTC +04:00)

Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parada hazırlıq məşqi keçirilib.

APA-nın xəbərinə görə, Azadlıq meydanında keçirilən məşq zamanı Azərbaycan Ordusunun düşməndən ələ keçirdiyi hərbi qənimətlər nümayiş olunub.

Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətinin rəhbəri polkovnik-leytenant Anar Eyvazov bildirib ki, dekabr ayının 10-da keçiriləcək paradda müharibə zamanı düşməndən ələ keçirilən toplar, kiçik çaplı, orta çaplı və iri çaplı minaatanlar, tanklar, BMP-lər nümayiş olunacaq.

Eyni zamanda, paradda hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdiriləcək.

A. Eyvazov qeyd edib ki, bugünkü məşq hərbi paradın sınaq mərhələsidir.

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR