Ermənilər Goranboyun Tap kəndinə raket atıb, bir mülki şəxs həlak olub

Ermənilər Goranboyun Tap kəndinə raket atıb, bir mülki şəxs həlak olub
# 29 oktyabr 2020 17:09 (UTC +04:00)

Ermənistan Silahlı Qüvvələri Goranboy rayonunu raket atəşinə tutub.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də yazıb.

O bildirib ki, Goranboy rayonunun Tap kəndində daha bir mülki şəxs Ermənistan silahlı qüvvələri tərəfindən öldürülüb: "Raket onun evinin damına düşüb. Ermənistanın müharibə cinayətləri davam edir”.

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR