Ermənilərin törətdiyi terror aktları ilə bağlı başlanan 52 cinayət işinin istintaqı davam edir

Ermənilərin törətdiyi terror aktları ilə bağlı başlanan 52 cinayət işinin istintaqı davam edir
  • Clock-gray 14:17
  • calendar-gray 30 Oktyabr 2020

27 sentyabr tarixindən 30 oktyabra qədər olan vaxt ərzində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən cinayət faktları üzrə 52 cinayət işi başlanmaqla istintaq olunur.

APA-nın məlumatına görə, bu barədə Baş Prokurorluğun yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, 45 cinayət işi Baş Prokurorluğun İstintaq İdarəsində istintaq edilir: “Onlardan 39 cinayət işi raket zərbələrinin əhalinin yaşadığı məntəqələrə və strateji obyektlərə vurulması ilə bağlı, 5 cinayət işi muzdluların Dağlıq Qarabağda döyüş əməliyyatlarında iştirak etməsi ilə bağlı, 1 cinayət işi tarixi abidələrin məhv edilməsi ilə bağlı başlanıb. Muzdluların döyüş əməliyyatlarında iştirakı və əsir düşmüş hərbçilərə qarşı qeyri-insani rəftarla bağlı 3 cinayət işi DTX-nın Baş İstintaq İdarəsi tərəfindən, 4 cinayət işi Hərbi prokurorluqda başlanıb”.

Firuzə Vahid

Digər xəbərlər