Hikmət Hacıyev: "Ermənistan ərazisindən Mingəçevir şəhərinə ballistik raket buraxılıb" - VİDEO

Hikmət Hacıyev: "Ermənistan ərazisindən Mingəçevir şəhərinə ballistik raket buraxılıb" - VİDEO
# 10 oktyabr 2020 18:57 (UTC +04:00)

Ermənistan ərazisindən Azərbaycanın Mingəçevir şəhərinə NATO kod adı "Scud" olan ballistik raketi buraxılıb.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" hesabında yazıb.

"Hava hücumundan müdafiə qüvvələrimiz S-300-lə raketi məhv edib. Raketin buraxılma anında təhqiramiz erməni ifadələri səslənir. Ermənistanın dövlət terroruna son qoyulmalıdır. Bu video Ermənistandandır", - H. Hacıyev qeyd edib.

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR