МHP-nin Şuşada tikdirəcəyi məktəb Təhsil Nazirliyinə təhvil veriləcək

МHP-nin Şuşada tikdirəcəyi məktəb Təhsil Nazirliyinə təhvil veriləcək
# 02 fevral 2021 15:32 (UTC +04:00)

“Ermənistanın işğalı altındakı Qarabağ torpaqları 30 il sonra Azərbaycan Ordusu tərəfindən qısa müddətdə işğaldan azad edildi”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycana səfəri ilə bağlı keçirilən mətbuat konfransında Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini, Ankaradan deputat Mevlüt Karakaya bildirib.

MHP sədrinin müavini deyib ki, Ermənistanın işğalı zamanı qətl edilən azərbaycanlıları, həm də son hərbi əməliyyat zamanı şəhidləri minnətlə anır, rəhmət diləyirlər: “Qarabağ zəfəri Türk millətinin son illərdə əldə etdiyi ən böyük zəfərlərdən biridir. Şuşanın azad edilməsi Qarabağ zəfərinin taclandıran zəfərlərdən biridir. Dövlət Baxçalı bildirib ki, Şuşanın inkişafı və bu şəhərdə yaşayan Türk övladlarının gələcəyi hamımızın məsuliyyətindədir. MHP sədri qeyd edib ki, Türkiyə Prezidenti və Azərbaycan Prezidenti uyğun sayarlarsa, Şuşada Ülkü Ocaqları məktəb tikilməsini istəyib və bunun adının Üzeyir Hacıybəyov adına məktəb olmasını təklif edib”.

M. Karakaya qeyd edib ki, yanvarın 29-da MHP nümayəndə heyəti Bakıya gəlib, Təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və bu gün Prezident İlham Əliyevlə görüşüblər: “Yanvarın 30-da bu görüşlərin keçirilməsinin də tarixi bir anlamı var. 30 yanvar həm də Əhməd Cavadın müəllifi olduğu Azərbaycan milli marşının - Dövlət Himinin qəbul edildiyi tarixdir. Prezident İlham Əliyev məktəb binası üçün münasib yerin seçilməsi məqsədilə müvafiq təlimatlar verib. Biz Azərbaycan Prezidentinə təşəkkür edirik. Eyni zamanda Hikmət Hacıyevə və təhsil nazirinə də təşəkkür edirik”.

MHP sədrinin müavini nəzərə çatdırıb ki, ən qısa müddətdə məktəb layihəsi həyata keçiriləcək: “Ülkü Ocaqlarının Mədəniyyət və Təhsil Dərnəyi bu məktəbi Şuşa memarlığına uyğun tikəcək və Azərbaycan Təhsil Nazirliyinə təhvil verəcək. Məktəbdən istifadə ilə bağlı qərarı Təhsil Nazirliyi verəcək. 11 sinifli ibtidai məktəb tikiləcək. Bizim əsas hədəfimiz Şuşanın memarlığına, tarixinə uyğun olaraq bir binanın tikilməsidir”.

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR