MN: Ağdərə yaxınlığında düşmənin hərbi kolonu pusquya salınaraq məhv edilib

MN: Ağdərə yaxınlığında düşmənin hərbi kolonu pusquya salınaraq məhv edilib
# 05 noyabr 2020 19:07 (UTC +04:00)

Azərbaycan Ordusunun bölmələri tərəfindən cəbhənin Ağdərə istiqamətində həyata keçirilən xüsusi əməliyyat nəticəsində Ermənistanın silahlı qüvvələrinə məxsus hərbi kolon pusquya salınaraq məhv edilib.

Müdafiə Nazirliyindən (MN) APA-ya verilən xəbərə görə, Ağdərə-Papravənd marşrutu ilə hərəkət edən 1 komandir, 1 rabitə avtomobili, şəxsi heyət və sursatla dolu 2 ədəd “KamAz” maşını və qoşqusunda top olan 3 ədəd “Ural” maşını tamamilə məhv edilib.

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR