MN-in İdarə rəisi: “Ermənilər Cəbrayılın işğaldan azad olunan kəndlərini yenidən zəbt etməyə cəhd göstəriblər"

MN-in İdarə rəisi: “Ermənilər Cəbrayılın işğaldan azad olunan kəndlərini yenidən zəbt etməyə cəhd göstəriblər"
  • Clock-gray 15:59
  • calendar-gray 19 Oktyabr 2020

“Ermənistan silahlı qüvvələri müvəqqəti humanitar atəşkəs rejimindən sui-istifadə edib, 18 oktyabr saat 00:00-dan bir neçə dəqiqə keçmiş Cəbrayıl və Hadrut istiqamətində mövqelərimizə hücum etdilər”.

APA-nın xəbərinə görə, bunu Müdafiə Nazirliyinin (MN) Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov ADA Univsersitetində diplomatik korpus üçün keçirilən brifinqdə deyib.

“Ermənistan ordusu eynilə Füzuli, Ağdərə istiqamətlərində də hücuma keçdilər. Ermənilər Azərbaycan Ordusunun Cəbrayılın işğaldan azad etdiyi ərazilərini yenidən zəbt etməyə cəhd göstərdilər, lakin onlar döyüş meydanından qaçmalı oldular”, - deyə MN-in İdarə rəisi qeyd edib.

Zümrüd Paşkin

Digər xəbərlər