Prezident: “Azərbaycan-İran sərhədini erməni işğalçılarından tamamilə təmizlədiyimizi elan etdik, orada artıq heç bir toqquşmalar baş vermir”

Prezident: “Azərbaycan-İran sərhədini erməni işğalçılarından tamamilə təmizlədiyimizi elan etdik, orada artıq heç bir toqquşmalar baş vermir”
# 24 oktyabr 2020 10:22 (UTC +04:00)

“Bəli, biz bunu etmişik. Mənim bildiyimə görə İranın rəhbərləri, həm də Ermənistan tərəfi ilə danışmışlar. Çünki toqquşmalar İranla sərhəd olan Araz çayının yaxınlığında gedirdi və təsadüfən silahların bəziləri sərhədi keçmişdir”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibəsində jurnalistin “İran hərbi əməliyyatlar zamanı döyüşlərin sərhəddə keçirilməsi ilə bağlı şikayət etmişdir. Bu mübahisəni İranla həll etmisinizmi, İran rəhbərləri ilə danışmısınızmı?” sualına cavabında deyib.

“Lakin bu gün biz Azərbaycan-İran sərhədini erməni işğalçılarından tamamilə təmizlədiyimizi elan etdik. Buna görə orada artıq heç bir toqquşmalar baş vermir və Araz çayının o biri tərəfində - İranda olan qardaşlarımız üçün artıq heç bir narahatlıq olmayacaq”, - deyə Azərbaycan Prezidenti qeyd edib.

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR