Vətəndaş Prezidentə yazır: “Siz Azərbaycanın Milli Qəhrəmanı adına layiqsiniz”

Vətəndaş Prezidentə yazır: “Siz Azərbaycanın Milli Qəhrəmanı adına layiqsiniz”
# 11 dekabr 2020 15:45 (UTC +04:00)

Vətəndaşlar Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ünvanına müraciətlər göndərməyə davam edirlər.

APA-nın məlumatına görə, dövlət başçısına müraciət göndərənlərdən biri də Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Neftçala rayonu Mirqurbanlı kənd sakini Eldar Əhmədovdur.

Eldar Əhmədov müraciətində yazır: “Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Mən bir Azərbaycan vətəndaşı kimi qələbə qazandığımız üçün çox sevinirəm və Sizi ailəmiz adından, şəxsən öz adımdan ürəkdən təbrik edirəm. Sizin müdrik rəhbərliyiniz sayəsində ölkəmiz öz ərazi bütövlüyünü bərpa etdi. Dövlətimiz və xalqımız üçün etdiklərinizə görə Sizə çox minnətdarıq. Siz Azərbaycanın Milli Qəhrəmanı adına layiqsiniz. Əziz Prezidentimiz, əminik ki, Sizin rəhbərliyinizlə bütün çətinliklərin öhdəsindən uğurla gələcəyik. Allah Sizi qorusun”.

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR