XİN: Gəncə, Mingəçevir və digər ərazilərin atəşə tutulması ilə bağlı faktlar beynəlxalq təşkilatlara təqdim ediləcək

XİN: Gəncə, Mingəçevir və digər ərazilərin atəşə tutulması ilə bağlı faktlar beynəlxalq təşkilatlara təqdim ediləcək
# 05 oktyabr 2020 12:55 (UTC +04:00)

“Azərbaycan tərəfində olan dəqiq faktlara və məlumatlara əsasən, respublikamızın Gəncə, Mingəçevir şəhərləri, Abşeron və Xızı rayonları Ermənistanın Gorus, Sisyan, Vardenis, Cermuk və Berd şəhərlərindən raket atəşlərinə məruz qalıb”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

“Ermənistanın Azərbaycan şəhərlərinə raket zərbələri endirməsi ilə bağlı əlimizdə olan, xüsusilə həm yerli, həm də beynəlxalq ekspertlərin, hadisə yerində olan reportyorların və xarici jurnalistlərin iştirakı ilə toplanmış faktlar Azərbaycan tərəfindən müvafiq beynəlxalq təşkilatlara təqdim ediləcək”, - deyə XİN rəsmisi vurğulayıb.

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR