Bu gün Moskvanın meteoroloji müşahidələr tarixində ən soyuq gün olub

Bu gün Moskvanın meteoroloji müşahidələr tarixində ən soyuq gün olub
# 22 dekabr 2021 20:30 (UTC +04:00)

Dekabrın 22-si Moskvada meteoroloji müşahidələr tarixində ən soyuq gün olub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Fobos meteoroloji mərkəzinin əməkdaşı Yevgeni Tişkovets bildirib.

"Moskvada gün ərzində termometrlər mənfi 20 dərəcədən yuxarı qalxmayıb. Temperatur dekabrda gündəlik normadan 15 dərəcə aşağıdır. Bu, Salexard, Norilsk, Naryan-Mar və Vorkuta kimi şəhərlərin sərt subarktik iqliminə daha uyğundur", deyə Tişkovets vurğulayıb.

O qeyd edib ki, 2021-ci il dekabrın 22-si 1948-ci ildən fəaliyyət göstərən VDNX-dakı əsas meteoroloji stansiyasının bütün meteoroloji müşahidə tarixində ən soyuq gün olub: 1967-ci ildə gündüz vaxtı -18, 1969-cu ildə -18,5, 1978-ci ildə -19,1 dərəcə şaxta qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR