Əfqanıstanda məsciddə partlayışda 8 nəfər ölüb, 20 nəfər yaralanıb - YENİLƏNİB

Əfqanıstanda məsciddə partlayışda 8 nəfər ölüb, 20 nəfər yaralanıb - YENİLƏNİB
# 11 fevral 2022 14:59 (UTC +04:00)

Əfqanıstanda məsciddə törədilmiş partlayış nəticəsində ölən və xəsarət alanların sayı bilinib.

APA-nın "Aamaj News" portalına istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 8 nəfər ölüb, 20 nəfər yaralanıb.

***

14:39

Əfqanıstanda məsciddə partlayış törədilib.

APA TOLONEWS telekanalına istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat verib.

Partlayış ölkənin şimal-qərbində yerləşən Badgis vilayətinin Kalayi-Nau şəhərindəki məsciddə baş verib.

Hadisə insanların məscidi tərk etdiyi zaman baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR