“Lufthansa” uçuşların sayını azaldır

“Lufthansa” uçuşların sayını azaldır
# 24 dekabr 2021 05:51 (UTC +04:00)

Almaniyanın “Lufthansa” şirkəti qış mövsümündə bir neçə min reysi ləğv edəcək.

APA-nın xəbərinə görə, bu barədə şirkətin rəhbəri Karsten Spor alman mediasına müsahibəsində bildirib. Şirkət rəhbəri bu addımını koronavirusa yoluxmaların artması nəticəsində sifarişlərin azalması ilə izah edib. Bildirilib ki, qış mövsümündə 3300 uçuş, başqa sözlə reyslərin 10%-i ləğv olunacaq. Avropa daxilində yaxın aylar üçün sifarişlər kəskin azalıb.

Şirkət həmçinin həftə sonuna olan transatlantik uçuşları da ləğv edib. Buna səbəb isə, pilotlar arasında yoluxmaların kəskin artmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR