Qırğızıstan Prezidenti ölkəsinin Azərbaycandakı səfirinə şiddətli töhmət verib

Kayrat Osmonaliyev

© APA | Kayrat Osmonaliyev

# 22 dekabr 2021 16:54 (UTC +04:00)

Qırğızıstan Prezidenti Sadır Japarov ölkəsinin Azərbaycandakı səfiri Kayrat Osmonaliyevə şiddətli töhmət verib.

APA-nın xəbərinə görə, bu barədə Qırğızıstan Prezident Administrasiyasının informasiya siyasəti xidməti məlumat yayıb.

Qeyd olunub ki, K. Osmonaliyevin ötən gün Bakıda mətbuat konfransında “Qırğızıstan Orta Asiya və Cənubi Qafqaz respublikalarına Rusiyadan ayrı görüşməyi təklif edib” fikri həqiqətə uyğun deyil və təxribat xarakteri daşıyır.

Bildirilib ki, qeyd olunan məsələ ilə bağlı hər hansı söhbət olmayıb.

Bəyanata görə, Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyevə Prezident Sadır Japarov tərəfindən şiddətli töhmət verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR