Rusiya XİN Cənubi Qafqazda kommunikasiyaların bərpası ilə bağlı yeni açıqlama verib

Rusiya XİN Cənubi Qafqazda kommunikasiyaların bərpası ilə bağlı yeni açıqlama verib
# 24 dekabr 2021 15:54 (UTC +04:00)

Moskva konkret nəqliyyat layihələrinin başlanması barədə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında Soçi görüşündə əldə olunmuş razılaşma əsasında dialoq aparır.

APA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə söyləyib.

O, nəqliyyat layihələrinin predmet müzakirəsinin üçtərəfli işçi qrup çərçivəsində müzakirə olunduğunu əlavə edib.

“Brüssel görüşünün nəticələrinə görə elan olunan təşəbbüslər Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 26 noyabrda Soçidə əldə olunmuş razılaşmanı inkişaf etdirir. Həmin layihələrin predmet müzakirəsi Baş nazir müavinlərinin başçılıq etdiyi üçtərəfli qrupda davam etdirilir”, - deyə XİN rəsmisi söyləyib.

Mariya Zaxarova mexanizm çərçivəsində Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin kompleks şəkildə açılmasını, bu çərçivədə dəmir yolu və avtomobil əlaqəsinin bərpasının nəzərdə tutulduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR