Rusiyada 30 maşın toqquşub, ölən var - YENİLƏNİB

Rusiyada 30 maşın toqquşub, ölən var - YENİLƏNİB
# 26 dekabr 2021 15:39 (UTC +04:00)

Başkordostanda magistral yolda 30-dan çox avtomobilin iştirakı ilə qəza baş verib.

APA bildirir ki, bu barədə Respublika Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Əvvəlcə Başkordostan yol polisinin mətbuat xidməti TASS-a 15-ə yaxın avtomobilin iştirakı ilə baş vermiş qəza barədə məlumat vermişdi.

İlkin məlumatlara görə, bu gün günorta saatlarında əlverişsiz meteoroloji şəraitlə əlaqədar Ufa-Orenburq yolunun 49-cu km-də 30-dan çox avtomobilin iştirakı ilə qəza qeydə alınıb. Nəticədə 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb, nəqliyyat vasitələri mexaniki zədələnib.

***

Saat 12:07

Başkordostanda magistral yolda 15-ə yaxın avtomobilin iştirakı ilə qəza baş verib.

APA bildirir ki, bu barədə “TASS” agentliyi məlumat yayıb.

Başkordostanın yol polisinin mətbuat xidmətindən agentliyə verilən məlumata görə, qəza zamanı bir nəfər ölüb.

Qəza Ufa-Orenburq yolunun 49-cu km-də qeydə alınıb.

Zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR