Saakaşvilinin tərəfdarları aclıq aksiyasına başlayıblar

Saakaşvilinin tərəfdarları aclıq aksiyasına başlayıblar
# 22 dekabr 2021 00:20 (UTC +04:00)

Gürcüstanın müxalif “Vahid Milli Hərəkat” partiyasının tərəfdarları Tbilisidə kütləvi aclıq aksiyasına başlayıblar.

APA-nın yerli bürosu xəbər verir ki, partiyanın qərargahının qarşısında çadırlar quran aksiyaçılar həbsdə olan sabiq Prezident Mixeil Saakaşvilinin azadlığa buraxılmasını tələb edirlər. Hazırda ərazidə 4 çadırın qurulduğu bildirilir.

Qeyd edək ki, bu gün “Vahid Milli Hərəkat” partiyasının sədri Nika Melia paytaxtın Rustaveli prospektində keçirilən mitinqdə bildirib ki, M. Saakaşvilinin azadlığa buraxılması tələbi ən az 300 nəfər aclıq aksiyasına başlayacaq və aksiya tələb yerinə yetirilənədək davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR