Qarabağdan çəkiləcək film "Netflix"də nümayiş oluna bilər

Qarabağdan çəkiləcək film "Netflix"də nümayiş oluna bilər
# 28 dekabr 2021 13:18 (UTC +04:00)

Bizim “Netflix”in nümayəndələri ilə görüşlərimizdə məlum oldu ki, onlar Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar.

APA-nın məlumatına görə, bunu mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda mətbuat konfransında deyib.

“Burada müəyyən şərtlər var. Biz növbəti illərdə çalışacağıq ki, “Netflix”lə əməkdaşlıq edək. “Netflix” böyük platformadır. Bu, ölkəmizin tanıdılması baxımından önəmlidir”, - nazir bildirib.

A. Kərimov gələn il Qarabağla bağlı bədii filmin çəkilməsinə start veriləcəyini vurğulayıb: “İnanırıq ki, “Netflix”də də onun nümayişinə nail ola biləcəyik. Əlbəttə, bu haqda danışmaq üçün çox tezdir. Biz gələcəkdə Qarabağla bağlı bir çox filmlərin çəkilməsini istəyirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR