1988-ci ildə Ermənistanda soydaşlarımıza qarşı törədilən soyqırımı ilə bağlı muzey yaradıla bilər

1988-ci ildə Ermənistanda soydaşlarımıza qarşı törədilən soyqırımı ilə bağlı muzey yaradıla bilər
  • Clock-gray 12:51
  • calendar-gray 10 Mart 2021

Azərbaycan İstiqlal Muzeyinin əməkdaşları tərəfindən 1988-ci ildə indiki Ermənistan Respublikası ərazisində azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən etnik təmizləmə, deportasiya və soyqırımı faktlarını əks etdirən materialların, fotoşəkillərin və muzey əhəmiyyətli əşyaların toplanılması istiqamətində müəyyən tədbirlər həyata keçirilir.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.

Sənəddə qeyd edilib ki, hazırda Bakı şəhərində yaşayan Ermənistandan deportasiya olunmuş azərbaycanlılardan soyqırımı faktlarını əks etdirən materiallar, fotoşəkillər toplanılır, eyni zamanda məsələ ilə bağlı Azərbaycan Respublikasının milli Arxiv İdarəsinə də müraciət olunub.

Toplanılan materiallar əsasında muzeydə müvafiq guşənin yaradılması, sərgilərin təşkili nəzərdə tutulub.

1988-ci ildə Ermənistanda baş verən soyqırımı ilə bağlı Azərbaycanda arxivin, muzeyin və ya xatirə kompleksinin yaradılması ilə bağlı dövlət başçısının “Bakı şəhərində Vətən Müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında” 2020-ci il 3 dekabr tarixli Sərəncamının icrası, habelə şəhidlərin xatirəsinin əbədiləşdirilməsi ilə əlaqədar görülən tədbirlər çərçivəsində bu məsələyə də baxılması məqsədəuyğun hesab edilib.  

Mirmehdi Ağaoğlu

Digər xəbərlər