Azərbaycan Prezidenti: "Hər bir ölkənin özünümüdafiə hüququ var, bu hüququ bizə BMT Nizamnaməsi verir"

Azərbaycan Prezidenti: "Hər bir ölkənin özünümüdafiə hüququ var, bu hüququ bizə BMT Nizamnaməsi verir"
  • Clock-gray 13:42
  • calendar-gray 08 Noyabr 2020

"İşğalçılara deyirdik, düz yola gəlin, işğala son qoyun, hələ ki, gec deyil. Ona görə bizim bütün dövrlərdəki siyasətimiz birmənalı olub. Demişik ki, əgər məsələ sülh yolu ilə öz həllini tapmasa, hərbi yolla məsələni həll edəcəyik. Mən bunu dəfələrlə demişəm. Buna görə də bəzi ölkələr tərəfindən tənqid olunmuşam. Mən demişəm ki, bəs bizim torpaqlarımız məgər hərbi yolla zəbt edilməyibmi? Ermənistan bizim torpaqlarımızı sülh yolu iləmi zəbt edib? Hər bir ölkənin özünümüdafiə hüququ var. Bu hüququ bizə BMT Nizamnaməsi verir".

APA-nın məlumatına görə, bu fikirləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində səsləndirib.

“Mən demişdim, əgər görsəm ki, danışıqlar artıq tamamilə səmərəsizdir, bizim başqa yolumuz qalmayacaq. Bunu hamı bilsin - düşmən, onun havadarları və bu məsələ ilə məşğul olan vasitəçilər. Həmişə sözümün üstündə durmuşam. Azərbaycan xalqına nə demişəmsə, onu da etmişəm. Bu məsələdə də sözümün üstündə durdum və artıq biz Qələbəni qeyd edirik”, - deyə Prezident bildirib.

Sentyabrın 27-dən bu günədək 200-dən çox şəhər, kənd və qəsəbənin işğaldan azad edildiyini diqqətə çatdıran Müzəffər Ali Baş Komandan deyib ki, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, kəndlər, şəhərlər tamamilə dağıdılıb. Hadrut qəsəbəsi, Suqovuşan qəsəbəsi və bu gün Şuşa şəhəri azad olunub”.

apa-logo-mini

Digər xəbərlər