Azərbaycan Prezidentinin köməkçisi: “Ermənistan ərazisindən zərbələr endirilməsi təxribatdır və məqsəd bizə məlumdur”

Azərbaycan Prezidentinin köməkçisi: “Ermənistan ərazisindən zərbələr endirilməsi təxribatdır və məqsəd bizə məlumdur”
# 04 oktyabr 2020 14:09 (UTC +04:00)

“Gəncənin bütün aidiyyəti strukturları iş başındadır, hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində iş görülür”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilər brifinqdə Ermənistan ərazisindən Gəncəyə atılan raketlərin görüntülərini təqdim edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Yola düşərək partlamayan raketi göstərən H. Hacıyev bunların “SMERÇ” tipli sistemlərdən atılmış raket olduğu deyib: “Azərbaycanın döyüş meydanında qazandığı uğurların müqabilində Ermənistan belə təxribatlara əl atır. Mən Gəncədə, Tərtərdə dostlarla əlaqə saxladım, hər kəs öz evindədir. Dünən hər birimiz sevindik. Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz çətin dağlıq şəraitdə keçmiş adı Madagiz, hazırkı adı Suqovuşan olan əraziləri azad etdi. Ermənistan qorxaqcasına elə addımlar atır. Ancaq Azərbaycan xalqı əmin olsun ki, işğal olunmuş ərazilərdəki legitim hərbi hədəflər sıradan çıxarılır. Ermənistan ərazisindən endirilən zərbələrə gəlincə, bu, təxribatdır və nə məqsədə xidmət etdiyi bizə məlumdur. Onlar bu gün xarici medianı toplayaraq guya Xankəndində yanğınlar barədə yalan məlumat verirlər. Xankəndi ətrafında Tərtər şəhərini vurmaq üçün istifadə edilən “SMERÇ” sistemləri vardı, onlar sıradan çıxarılıb. Qondarma “Dağlıq Qarabağ Respublikası”nın rəhbəri Araik Arutunyan barədə erməni xalqına yalan məlumat verilir. O, ön cəbhədə deyil, qaçıb bunkerdə gizlənmişdi, amma yenə də qurtula bilmədi, ağır yaralanıb. Onun kimi hərbi cinayətkarlar, separatçıların da aqibəti eyni olacaq”.

H. Hacıyev erməni silahlı qüvvələri işğal olunmuş ərazilərimizdən çıxarılmayana qədər Ermənistanın təxribatlarının hər zaman baş verə biləcəyini də vurğulayıb.

O, cəbhədə əzmlə döyüşlər aparan Azərbaycan Ordusuna uğurlar arzulayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR