Azərbaycan XİN başçısı: “Biz Rusiyanın münaqişənin nizamlanmasında daha aktiv rol oynamasına xüsusi ümid bəsləyirik”

Azərbaycan XİN başçısı: “Biz Rusiyanın münaqişənin nizamlanmasında daha aktiv rol oynamasına xüsusi ümid bəsləyirik”
# 26 avqust 2020 15:57 (UTC +04:00)

“Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədri, BMT Təhlükəsizlik Şurasının daimi üzvü, regionun böyük dövlətidir. Bu cəhətdən biz Rusiyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında daha aktiv rol oynamasına xüsusi ümid bəsləyirik”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla Moskvada keçirilən görüşün yekunlarına dair mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, Azərbaycanın münaqişənin nizamlanmasına dair mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə, habelə beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş sənədlərə, ilk növbədə isə BMT Təhlükəsizlik Şurasının qətnamələrə əsaslanır: “Münaqişənin sülh yolu ilə həlli Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması əsasında olmalıdır. Hesab edirik ki, beynəlxalq birlik, eləcə də həmsədr ölkələr substantiv danışıqların davam etdirilməsi baxımından Ermənistanın daha konstruktiv mövqe tutması üçün ona təsir göstərməlidir”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR