Azərbaycan və Ermənistan XİN başçıları arasında danışıqlar başa çatıb - YENİLƏNİB

Azərbaycan və Ermənistan XİN başçıları arasında danışıqlar başa çatıb  - YENİLƏNİB
  • Clock-gray 18:18
  • calendar-gray 30 Yanvar 2020

Cenevrədə Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında keçirilən danışıqlar başa çatıb.

APA-nın xəbərinə görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Anna Naqdalyan "Facebook"da bildirib.

***

saat 13:24

Cenevrədə Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında danışıqların növbəti mərhələsi başlayıb.

APA-nın xəbərinə görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Anna Naqdalyan "Twitter"də bildirib.

O qeyd edib ki, danışıqlarda ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik iştirak edirlər.

Xatırladaq ki, Azərbaycan və Ermənistan XİN başçıları arasında danışıqlar dünəndən etibarən başlayıb, danışıqların ilk mərhələsi 7 saat davam edib.

Zümrüd Paşkin

Digər xəbərlər

Arxiv

date