Baş prokuror: "Ulu Öndər Qarabağdakı bugünkü zəfər üçün əlindən gələni etmişdi"

Baş prokuror: "Ulu Öndər Qarabağdakı bugünkü zəfər üçün əlindən gələni etmişdi"
# 12 dekabr 2020 12:21 (UTC +04:00)

"Ulu Öndər Qarabağla bağlı bugünkü günü görürdü. Bu zəfər üçün əlindən gələni etmişdi".

APA-nın məlumatına görə, bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında bildirib.

“Bu gün əldə edilən qələbəyə görə bir daha ona minnətdarıq. Çünki onun siyasi, iqtisadi, ordu quruculuğu sahəsində həyata keçirdiyi bütün islahatlar, beynəlxalq sahədə gördüyü bütün tədbirlər hamısı buna yönəlmişdi. Möhtərəm Prezident çıxışında qeyd etdi ki, bu gün Azərbaycanın qələbəsi üçün çox gözəl hüquqi baza, hüquqi zəmin yaradılmışdı. Bu hüquqi bazanın da yaradılmasında Ulu Öndərin xidmətləri misilsiz idi. Təbii ki, bu gün onun ruhu şaddır və bir daha Allah rəhmət eləsin", - deyə Baş prokuror vurğulayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR