Belarus XİN təmas xəttindəki gərginliklə bağlı bəyanat yayıb

Belarus XİN təmas xəttindəki gərginliklə bağlı bəyanat yayıb
# 28 sentyabr 2020 17:17 (UTC +04:00)

Belarus Xarici İşlər Nazirliyi (XİN) Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttindəki gərginliklə bağlı bəyanat yayıb.

APA-nın xəbərinə görə, Belarus XİN vəziyyətin kəskin gərginləşməsindən və Dağlıq Qarabağ münaqişəsi zonasında ağır silah və aviasiya imkanlarından istifadə edərək aktiv hərbi əməliyyatlardan dərin narahatlıq keçirdiyini bildirib.

“Biz tərəflərə nəinki çağırış edirik, həm də bizim üçün vacib olan hər iki tərəfdaşdan - Azərbaycan və Ermənistandan hərbi əməliyyatları dayandırmağı, silah istifadəsindən imtina etməyi və ATƏT-in Minsk qrupu çərçivəsində münaqişənin sülh yolu ilə həll etmək yollarını tapmağı səmimi şəkildə xahiş edirik. Belarus tərəflər üçün məqbul olan digər formatlarda dialoqun təşviqinə kömək göstərməyə hazır olduğunu təsdiq edir.

Bu gün vacib olan ən qısa zamanda qan tökülməsini dayandırmaq və yeni qurbanların verilməsinin qarşısını almaqdır. İnsan həyatı əvəzsizdir, buna görə bölgədə sülh və əmin-amanlığı qorumaq üçün bütün səyləri göstərmək vacibdir”, - deyə bəyanatda qeyd olunub.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR