Çavuşoğlu: “Azərbaycana sadəcə qardaş olaraq yox, haqlı olduğu üçün dəstək verdik və bu dəstək davam edəcək”

Çavuşoğlu: “Azərbaycana sadəcə qardaş olaraq yox, haqlı olduğu üçün dəstək verdik və bu dəstək davam edəcək”
# 30 dekabr 2020 11:48 (UTC +04:00)

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 30 ildir davam edən diplomatik danışıqlar nəticə vermədi, Azərbaycan döyüş meydanında haqqını geri aldı”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilin yekunlarına dair çıxışında deyib.

O bildirib ki, türk milləti olaraq Azərbaycana dəstək veriblər.

“Azərbaycana sadəcə qardaş olaraq yox, haqlı olduğu üçün dəstək verdik”, - deyə Türkiyə XİN başçısı vurğulayıb.

Nazir qeyd edib ki, bundan sonra da Türkiyənin Azərbaycana dəstəyi davam edəcək.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR