Deputat: “Beynəlxalq təşkilatlar erməni vəhşiliklərinə niyə reaksiya vermir?”

Deputat: “Beynəlxalq təşkilatlar erməni vəhşiliklərinə niyə reaksiya vermir?”
  • Clock-gray 11:25
  • calendar-gray 02 Aprel 2021

“Prezident İlham Əliyevin qeyd etdiyi kimi işğaldan azad edilən ərazilərdə 67 məscid dağıdılıb, cəmi 3 məscid salamat qalıb”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, Cəbrayılda salamat qalan məscid yoxdur: “Sual olunur niyə ermənilərin vəhşiliklərinə beynəlxalq təşkilatlar, jurnalistlər reaksiya vermir?! Niyə ancaq ermənilərin hərbi hissənin yanında tikdikləri kiçik kilsə ilə bağlı ajiotaj yaradırlar? Ermənilər bu ərazilərdə çoxlu sayda mina basdırıblar. Bizim insanlarımız həmin ərazilərə gedə bilmir. Gözləyirik ki, həmin media qurumları və beynəlxalq təşkilatlar bu məsələlərə də eyni reaksiyanı verəcək və ermənilərin caniliyini aşkara çıxaracaq”.

Firuzə Vahid

Digər xəbərlər