Deputat: “Fransa heç olmasa, indi məsələnin haqq, ədalətlə həllini tapması üçün bacısı Ermənistana məsləhət versin”

Deputat: “Fransa heç olmasa, indi məsələnin haqq, ədalətlə həllini tapması üçün bacısı Ermənistana məsləhət versin”
  • Clock-gray 11:46
  • calendar-gray 27 Oktyabr 2020

“Bu gün dünyanı nizama salmalı olan beynəlxalq təşkilatların tutduğu ədalətsiz mövqeyinin şahidi olduq”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

O bildirib ki, 75 ildir, eyni dövlətlər BMT TŞ-nin daimi üzvüdür: “Bunlar 75 ildir dünyanı, müharibələri, haqqı-ədaləti monopoliyaya alıblar. Heç olmasa, rotasiya qaydası ilə bu dəyişilməlidir. Bəyanat yayırlar ki, bir ölkədə bir şəxs 2 dəfədən artıq prezident seçilə bilməz, amma bunlar 75 ildir, özləri haqda düşünmürlər. BMT TŞ-nin bütün üzvləri seçki yolu ilə seçilməlidir”.

Deputat Fransa ilə bağlı məsələyə də toxunub: “Fransanın keçmiş prezidenti Sarkozi deyəndə ki, Ermənistan bizim bacımızdır, ATƏT-in Minsk Qrupunun üzvü kimi onlardan nə gözləyə bilərik?! Fransa heç olmasa, indi bu məsələnin haqq, ədalətlə həllini tapması üçün bacısına məsləhət versin”.

Firuzə Vahid

Digər xəbərlər