Ermənistan və qondarma “Dağlıq Qarabağ” rejimi hərbi vəziyyət və ümumi səfərbərlik elan edib

Ermənistan və qondarma “Dağlıq Qarabağ” rejimi hərbi vəziyyət və ümumi səfərbərlik elan edib
# 27 sentyabr 2020 13:34 (UTC +04:00)

Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatlarından sonra Ermənistan hakimiyyəti və qondarma “Dağlıq Qarabağ” rejimi hərbi vəziyyət və ümumi səfərbərlik elan etmək məcburiyyətində qalıb.

APA-nın xəbərinə görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan “Facebook”da bildirib.

Onun sözlərinə görə, hökumətin qərarı ilə ölkədə hərbi vəziyyət və səfərbərlik elan edilib.

N. Paşinyan ehtiyatda olan hərbi qulluqçuların ərazi üzrə hərbi komissarlıqlara gəlməsi ilə bağlı çağırış edib.

Qondarma “Dağlıq Qarabağ” rejiminin “rəhbəri” Araik Arutunyan da qeyd edib ki, hərbi vəziyyət və ümumi səfərbərlik bağlı “parlament”in növbədənkənar iclasında müvafiq qərar qəbul edilib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR