İƏT Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri Ağdamda “İmarət” kompleksində olub

İƏT Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri Ağdamda “İmarət” kompleksində olub
# 06 aprel 2021 14:40 (UTC +04:00)

Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri işğaldan azad edilmiş Ağdam rayonuna səfər çərçivəsində “İmarət” kompleksində olublar.

APA-nın yerli bürosunun xəbərinə görə, daimi nümayəndələr komplekslə tanış olub, ermənilərin burada törətdiyi dağıntıları öz gözləri ilə görüblər.

Qonaqlara məlumat verilib ki, Qarabağ xanlığının banisi, Şuşa şəhərinin qurucusu Pənahəli xan və digər Qarabağ xanları, habelə xan qızı Xurşidbanu Natəvan burada dəfn olunub. Bildirilib ki, ermənilər işğal müddətində “İmarət”də yerləşən məzarları, türbələri dağıdıb, ərazidə yerləşən tarixi abidələri oğurlayıb.

Daimi nümayəndələr erməni vandalizmi barədə ətraflı məlumatlandırılıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR