İlham Əliyev: “Rusiya sülhməramlı qüvvələrinin fəaliyyəti ümumilikdə qənaətbəxş hesab oluna bilər” - VİDEO

İlham Əliyev: “Rusiya sülhməramlı qüvvələrinin fəaliyyəti ümumilikdə qənaətbəxş hesab oluna bilər” - VİDEO
# 27 fevral 2021 14:42 (UTC +04:00)

Video əlavə olunub.

***

26 fevral 15.07

“Biz hədəfə çatdıq. Bizim hədəfimiz torpaq bütövlüyümüzün bərpa edilməsi idi. Buna nail olduq və hərbi qələbə qazandıq. Bu torpaqları danışıqlar yolu ilə yox, hərbi yolla döyüşərək, qan tökərək, şəhidlər verərək azad etdik və ədaləti bərpa etdik”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

Dövlət başçısı qeyd edib ki, şəhidlərimizin qanını, düşməndən intiqamımızı döyüş meydanında aldıq: “Xarici əsgərlərin Azərbaycanda fəaliyyət göstərməsi müvəqqəti xarakter daşıyır. Bu əsgərlər xüsusi missiya icra edirlər. Bu, hərbi baza anlamına gəlmir. Rusiyanın sülhməramlı qüvvələri burada sülhməramlı missiyasını icra edirlər və hesab edirəm ki, müvəffəqiyyətlə icra edirlər. Hərdən müəyyən problemlər üzə çıxır. Amma ümumilikdə Rusiya sülhməramlı qüvvələrinin fəaliyyəti qənaətbəxş hesab oluna bilər. Onların burada fəaliyyəti 5 il müddətinə nəzərdə tutulur. Əgər 5 ildən sonra Azərbaycan bu məsələdə fərqli fikir sərgiləsə, əlbəttə ki, onların da fəaliyyətinə son qoyulacaq. Eyni zamanda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə keçməsi də çox önəmli addımdır. Bu, bölgəmizin sabitliyini qorumaq üçün önəmli faktordur.

Bəzən dünyada eləcə də Azərbaycanda Rusiya sülhməramlı missiyasının fəaliyyəti ilə bağlı o qədər də dəqiq olmayan fərziyyələr irəli sürülür. Onların bu gün Azərbaycan ərazisində olması, eyni zamanda azad edilmiş torpaqlara Azərbaycan əhalisinin qayıtması üçün də müsbət rol oynayacaq. Çünki Ermənistanın diversiya qrupunun azad edilmiş torpaqlara göndərilməsi bunu göstərir. Ona görə onların fəaliyyəti hesab edirəm ki, müsbətdir. Bu fəaliyyət əminəm ki, belə də davam edəcək. Amma yenə də Azərbaycan ərazisində hər hansı başqa xarici qüvvələrin yerləşməsi müzakirə mövzusu deyil”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR