Latviya XİN Ermənistan-Azərbaycan sərhədində baş verən toqquşmalarla bağlı açıqlama yayıb

Latviya XİN Ermənistan-Azərbaycan sərhədində baş verən toqquşmalarla bağlı açıqlama yayıb
# 16 iyul 2020 12:58 (UTC +04:00)

Latviya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan-Ermənistan sərhədində, Tovuz rayonunda vəziyyətin gərginləşməsindən, Azərbaycanla Ermənistan silahlı qüvvələri arasında qarşılıqlı atəşdən narahatlığını bildirir.

APA-nın xəbərinə görə, bu barədə Latviya XİN-in yaydığı açıqlamada bildirilib.

“Bu hadisələr sülhə və stabilliyə ciddi təhlükə yaradır və hər iki tərəfin itkilərinə səbəb olur.

Latviya Xarici İşlər Nazirliyi hər iki tərəfi atəşi dayandırmağa və atəşkəsə əməl etməyə çağırır. Ermənistan və Azərbaycan münaqişənin daha da gərginləşməsinə səbəb ola biləcək hər hansı bir hərəkət və bəyanatdan çəkinməlidirlər.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Latviyanın mövqeyi bəllidir: Latviya Helsinki Yekun Aktında və ATƏT-in Paris Xartiyasında qeyd olunduğu kimi istənilən ölkənin suverenliyini və onun ərazi bütövlüyünü dəstəkləyir. Eyni zamanda, hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə və ATƏT-in Minsk Qrupu çərçivəsində qəbul edilmiş ümumi beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq həll edilə bilər”, - deyə açıqlamada qeyd olunub.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR