NATO Baş katibinin xüsusi nümayəndəsi: “Ermənistan-Azərbaycan sərhədində hadisələri narahatlıqla izləyirik”

NATO Baş katibinin xüsusi nümayəndəsi: “Ermənistan-Azərbaycan sərhədində hadisələri narahatlıqla izləyirik”
  • Clock-gray 19:14
  • calendar-gray 14 İyul 2020

“Biz Ermənistan-Azərbaycan sərhədində ağır silahlardan istifadə edilməsi və insan tələfatı ilə nəticələnən hadisələri narahatlıqla izləyirik”.

APA-nın məlumatına görə, bunu NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay özünün “Facebook” hesabındakı yazıb.

"Biz ATƏT-in Minsk Qrupu həmsədrlərinin gərginliyin daha da böyüməsinin qarşısını almaq üçün bütün lazımı tədbirləri görməyə dair tərəflərə etdiyi çağırışı təkrarlayırıq", - deyə o qeyd edib.

Səid Babazadə

Digər xəbərlər