Nazir: “Azərbaycan üçtərəfli bəyanata uyğun olaraq bütün hərbi əsirləri Ermənistana qaytarıb”

Nazir: “Azərbaycan üçtərəfli bəyanata uyğun olaraq bütün hərbi əsirləri Ermənistana qaytarıb”
  • Clock-gray 17:56
  • calendar-gray 02 Aprel 2021

Azərbaycan üzərinə götürdüyü öhdəliklərə tam sadiqdir və üçtərəfli bəyanata uyğun olaraq bütün hərbi əsirləri Ermənistana qaytarıb.

APA-nın xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Müstəqil Dövlətlər Birliyi ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı deyib. 

Nazir Ermənistan tərəfinin beynəlxalq hüquq normalarına və üçtərəfli bəyanatına zidd əməllərinə diqqəti cəlb edib, o cümlədən Ermənistan hərbçilərinin Azərbaycan Respublikası ərazisinə qanunsuz daxil olmaq cəhdlərini, habelə Ermənistanın indiyədək Azərbaycana işğaldan azad olunmuş ərazilərinin minaların basdırılması məlumatının Azərbaycana təqdim etmədiyini bildirib.

apa-logo-mini

Digər xəbərlər