Nazir: “Ermənistan BMT Baş Katibinin və Aİ-nin Ali nümayəndəsinin atəşkəs müraciətlərinə məhəl qoymur”

Nazir: “Ermənistan BMT Baş Katibinin və Aİ-nin Ali nümayəndəsinin atəşkəs müraciətlərinə məhəl qoymur”
# 11 iyun 2020 19:20 (UTC +04:00)

“Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğu regionun təhlükəsizliyinə ən böyük təhdid kimi qalmaqdadır. BMT-nin Baş Katibi və Aİ-nin Ali nümayəndəsi Cozep Borelin qlobal atəşkəs ilə bağlı müraciətinə baxmayaraq, Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmağa davam edir, həmçinin gərginliyi artırmağa və münaqişənin siyasi həllinə mane olmaq üçün hər cür səy göstərir”.

APA-nın məlumatına görə, bunu Xarici İşlər naziri Elmar Məmmədyarov “Şərq Tərəfdaşlığı” üzrə Xarici İşlər Nazirlərinin video-telekonfrans görüşündə çıxışında deyib.

Nazir bildirib ki, Ermənistan özünü “demokratik” kimi təqdim edir, lakin hələ də öz doğma torpaqlarından zorla qovulmuş yüz minlərlə azərbaycanlının insan hüquqlarını pozmağa davam edir: “Bütün dünyanın COVİD-lə mübarizəyə səfərbər olunduğu dövrdə, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qondarma “seçkilər” və “andiçmə” mərasimi keçirir. Danışıqlar aparmaq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə əməl etməkdən boyun qaçırmaqla Ermənistan münaqişənin həlli prosesinin qarşısını alır. Beləliklə, Ermənistan ŞT-nin sabitlik və rifah kimi fundamental prinsiplərinə xələl gətirir.

Aİ Şurasının sonuncu Yekunlar sənədində bəyan edildiyi kimi, ŞT-nin fundamental əsasları qaydalara əsaslanan beynəlxalq nizam və tərəfdaş ölkələrin ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi daxil olmaqla beynəlxalq hüquqla bağlı bölüşülən öhdəliklərimiz üzərində qurulur. Biz bu prinsiplərin ikitərəfli və çoxtərəfli əməkdaşlıqda təşviqində Aİ ilə həmrəyik”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR