Nizami Gəncəvi Beynəlxalq Mərkəzi: Konflikt həm itkilərlə, həm də resurslarla baha başa gəlir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi: Konflikt həm itkilərlə, həm də resurslarla baha başa gəlir
# 18 iyul 2020 10:33 (UTC +04:00)

“Azərbaycanın xeyrinə hüquqi qərarlar var və beynəlxalq aləm ərazinin müharibə yolu ilə işğal olunmasını qəbul etmir”.

APA-nın xəbərinə görə, bu barədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Vaira Vike-Freiberga, İsmayıl Serageldin və qurumun baş katibi Rövşən Muradovun birgə açıqlamasında bildirilib.

“Konflikt bir qayda olaraq həm itkilərlə, həm də resurslarla baha başa gəlir. İndi dərhal atəşkəs üçün çağırış etmək və hər hansı növbəti hərbi hərəkətlərin qarşısını almaq və uzun müddət davam edən mübahisənin sülh yolu ilə həllini axtarmaq üçün bütün mümkün vasitələrdən istifadə etmək məqsədi ilə BMT və Avropa İttifaqı da daxil olmaqla, bütün mümkün diplomatik kanalları işə salmaq vaxtıdır. Dinc vasitələrlə sülh üçün çalışmaq və Dağlıq Qarabağ məsələsinin beynəlxalq qanuna uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması çərçivəsində sülh yolu ilə, daimi həllinə nail olmaq, həmişəki kimi uzunmüddətli həll yolu və vasitəsi olaraq qalır”, - deyə vurğulanıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR