Paşha Bank
Bank Of Baku

Xudatda avtomobil yanaraq yararsız vəziyyətə düşüb - YENİLƏNİB

Xudatda avtomobil yanaraq yararsız vəziyyətə düşüb - YENİLƏNİB
# 11 noyabr 2026 23:59 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xaçmaz rayonu, Xudat şəhərində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Xaçmaz Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində vətəndaşa məxsus “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsi və idarəetmə lövhəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Xəsarət alan olmayıb.

***

21:34

Xaçmaz rayonunun Xudat şəhərində minik avtomobili yanıb.

APA-nın Şimal bürosunun məlumatına görə, “Hyundai Accent” markalı avtomobilin ön hissəsində qəfil yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən qüvvələri cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb, avtomobil yanaraq yararsız vəziyyətə düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR