Pakistan XİN hərbçilərinin Ermənistana qarşı döyüşməsi ilə bağlı iddialara münasibət bildirib

Pakistan XİN hərbçilərinin Ermənistana qarşı döyüşməsi ilə bağlı iddialara münasibət bildirib
# 02 oktyabr 2020 12:26 (UTC +04:00)

Pakistan Xarici İşlər Nazirliyi (XİN) Pakistan hərbçilərinin Azərbaycan Silahlı Qüvvələri ilə birlikdə Ermənistana qarşı döyüşdüyünü iddia edən mətbuat orqanının yaydığı xəbərə münasibət bildirib.

APA-nın xəbərinə görə, Pakistan XİN-in sözçüsü həmin məlumatı spekulyativ və əsassız adlandıraraq təkzib edib.

O qeyd edib ki, bu cür xəbərləri yaymaq məsuliyyətsizlikdir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR